Ağ Evin rəhbəri Donald Trampın fəaliyyətini bəyənməyənlərin reytinqi rekord göstəriciyə – 62%-ə yüksəlib.
Qaziler.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) keçirilmiş sosial sorğuya istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın iki prezidentlik müddəti ərzində hələ bu qədər yüksək bəyənilməmə səviyyəsi qeydə alınmayıb. Qeyd olunub ki, amerikalılar ABŞ prezidentinin İrana münasibətdə atdığı addımlardan narazıdırlar (66% "əleyhinə", 33% isə "lehinə").
Bundan əlavə amerikalılar ölkənin iqtisadi vəziyyətindən şikayətlənirlər. Respondentlərin 76%-i yaşayış xərclərinin yüksək olduğunu qeyd edib. Digər 45%-i isə Trampın immiqrasiya siyasəti ilə bağlı işini müsbət qiymətləndirib.
Sorğu 24-28 aprel tarixlərində keçirilib və 2,5 mindən çox insan iştirak etdiyi qeyd olunub.
QAZİLER.AZ



