Omanda sahil suları qırmızı rəngə boyanıb: krevetlərə görə...

Omanda sahil suları qırmızı rəngə boyanıb: krevetlərə görə... backend

Ərəbistan dənizinin Oman sahillərindəki suları krevetlərin kütləvi ölümü səbəbindən al-qırmızı rəngə çevrilib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA Novosti Salala şəhər sakini Siyah Məhəmmədə istinadən məlumat yayıb.

"Salaladan 50 kilometr aralıda yerləşən Mirbat şəhərinin sahillərinə çoxlu sayda ölü kril (xırda xərçəngkimilər) çıxıb, buna görə də dəniz suyu sanki qızarmış kimi görünməyə başlayıb", — deyə o bildirib.

Omanın "Muscat Daily" qəzetinin məlumatına görə, Mirbatın Vəhşi Təbiəti Mühafizə və Su Resursları İdarəsi və yerli bələdiyyə istirahət edənləri və ətraf mühiti qorumaq üçün sahili krevetlərdən təmizləyir.

Yerli hakimiyyət orqanlarının izahına görə, krevetlərin tələf olmasına dəniz suyunda temperaturun və oksigen səviyyəsinin dəyişməsi səbəb olub.

QAZİLER.AZ