Kolumbiyada yük maşını insanlara çırpılıb, ölənlər var

Kolumbiyada yük maşını insanlara çırpılıb,  ölənlər var backend

Kolumbiyanın Popayan şəhərində avtomobil yarışı zamanı faciə baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

 Xəbərdə bildirilir ki, hadisə mayın 3-ü ölkənin cənubundakı Kauka departamentində qeydə alınıb.

Bölgə qubernatorunun sözlərinə görə, yük maşınının tamaşaçıları vurması nəticəsində ən azı iki nəfər ölüb, 37 nəfər yaralanıb.

Sosial mediada yayılan görüntülərdə nəhəng nəqliyyat vasitəsinin maneəni aşdığı, lakin sonra dayana bilmədiyi və tamaşaçı izdihamına çırpıldığı görünür.

Kolumbiyanın "El Espectador" qəzetinin məlumatına görə, ölənlərdən biri 10 yaşlı qız olub.