BƏƏ vətəndaşlarına bir neçə Yaxın Şərq ölkəsinə səyahət etmək qadağan edilib

BƏƏ vətəndaşlarına bir neçə Yaxın Şərq ölkəsinə səyahət etmək qadağan edilib backend

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının İran, Livan və İraqa səfər etməsi qadağan edilib.

Qaziler.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Rəsmi WAM xəbər agentliyinin BƏƏ Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu qərar regiondakı mövcud vəziyyətlə əlaqədar olaraq qəbul edilib.

Ölkənin Xarici İşlər Nazirliyi hazırda bu üç ölkədə olan BƏƏ vətəndaşlarını dərhal ölkəni tərk etməyə və öz ölkələrinə qayıtmağa çağırıb.

Xarici İşlər Nazirliyi vətəndaşların təhlükəsizliyinin mütləq prioritet olduğunu vurğulayıb və onlara xaricdəki vətəndaşlara verilən bütün rəsmi təlimatlara və xəbərdarlıqlara ciddi şəkildə əməl etmələrini xatırladıb.

QAZİLER.AZ