ABŞ-ın Avropa Birliyindən idxal edilən minik və yük maşınlarına tətbiq etdiyi rüsumlar gələn həftə 25%-ə çatacaq.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "TruthSocial" sosial şəbəkəsində yazıb:
"Gələn həftə Avropa Birliyindən gələn minik və yük maşınlarına tarifləri artıracağam. Tariflər 25%-ə qədər artırılacaq".
O, bu qərarını AB-nin ABŞ ilə əvvəllər bağlanmış ticarət sazişinin şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.
ABŞ prezidenti qeyd edib ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək. (trend)



