Fransa ABŞ və İrana çağırış etdi: "Risklər çox yüksəkdir"

Fransa ABŞ və İrana çağırış etdi: "Risklər çox yüksəkdir" backend

Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ və İranı münaqişənin nizamlanması üçün birbaşa danışıqlara başlamağa çağırıb.

Qaziler.az xəbər verir ki, onun sözlərini "BFMTV" sitat gətirib.

"Biz hərbi əməliyyatların bərpa olunmaması üçün əlimizdən gələni etməliyik. Bu müharibənin əvvəlindən bəri hər kəsə aydındır. Eskalasiya riskləri həddindən artıq yüksəkdir və dünya iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola bilər", – deyə Barro bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Tehran danışıqlar aparmaq və tamhüquqlu saziş bağlamaq üçün mövcud atəşkəsdən istifadə etməlidirlər.

"Danışıqlara başlamaq lazımdır ki, İran rejimi öz mövqeyini köklü şəkildə dəyişsin, regiondakı qonşuları ilə dinc yanaşı yaşamaq naminə əhəmiyyətli güzəştlərə getsin və onun xalqı öz gələcəyini azad şəkildə qura bilsin", — deyə Fransa XİN rəhbəri vurğulayıb.

QAZİLER.AZ