İsrail İranın raket və pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yüksək texnologiyalı silah sistemləri, o cümlədən qabaqcıl lazer ötürüb.
Qaziler.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, söhbət 20 kilometrə qədər məsafədə yaxınlaşan dronları aşkar etməyə kömək edən "Spectro" adlı yüngül müşahidə sistemindən gedir.
Sistemin yerləşdirilməsi ilə tanış olan digər bir mənbənin sözlərinə görə, İsrail həmçinin BƏƏ-yə "Dəmir Şüa" (Iron Beam) lazer hava hücumundan müdafiə sisteminin bir versiyasını göndərib.
Qısa mənzilli raket və dronları məhv etdiyi iddia edilən bu lazer, ilk dəfə bu ilin əvvəlində İsrail tərəfindən Livandan uçan "Hizbullah" mərmilərindən qorunmaq üçün yerləşdirilmişdi.
QAZİLER.AZ



