Meksika və Aİ strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq

Meksika və Aİ strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq backend

Meksika və Avropa İttifaqı (Aİ) mayın 22-də Meksikanın paytaxtında keçiriləcək VIII ikitərəfli sammit çərçivəsində strateji tərəfdaşlıq sazişi və müvəqqəti ticarət sazişi imzalayacaqlar.

Qaziler.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin Meksika Prezidenti Klaudiya Şeynbaum və Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta arasındakı telefon danışığının yekunlarına dair dərc etdiyi kommünikedə deyilir.

“Sammitin əsas nəticələrindən biri Meksika və Avropa İttifaqı arasında siyasi, iqtisadi və kooperasiya sahələrində Strateji Tərəfdaşlıq Sazişinin (yenilənmiş qlobal saziş), həmçinin müvəqqəti ticarət sazişinin imzalanması olacağı gözlənilir", - sənəddə qeyd olunur.

QAZİLER.AZ