İran hakimiyyəti həmişə dialoqa hazırdır, lakin bu danışıqları yalnız rasional mövqedən aparmağın mənası var.
Qaziler.az xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhsüni-Ejei bəyan edib.
"İran İslam Respublikası heç vaxt danışıqlardan qaçmayıb. Biz onları həmişə alqışlamışıq, lakin yalnız məntiq və ağıla əsaslanan danışıqları... Biz təzyiqi və diktə edilmiş şərtləri qəbul etmirik", – deyə "Press TV" onun sözlərindən sitat gətirib.
Möhsüni-Ejeinin sözlərinə görə, əgər İranın rəqibləri təhdidlərlə və döyüş meydanında öz məqsədlərinə nail ola bilməyiblərsə, danışıqlar masası arxasında da buna nail ola bilməyəcəklər. O həmçinin qeyd edib ki, İran hakimiyyəti ABŞ və İsrailin İrana hücumu ilə bağlı beynəlxalq arenada hüquqi addımlarını davam etdirəcək, bu addıma görə məsuliyyət daşıyanları məhkəmə qarşısına çıxarmaq və təzminat almaq niyyətindədir.
QAZİLER.AZ



