Polşanın cənubunda içərisində Belarus siqaretlərinin olduğu iddia edilən naməlum hava şarları düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə regionun "Capuccino" portalı məlumat yayıb.
Polisin verdiyi məlumata görə, hadisə gecə saatlarında İvkova qminası (inzibati ərazi) ərazisində baş verib. Hadisə yerində obyektlərə baxış keçirilib və tapılan bağlamaların içindəkilər yoxlanılıb.
Qeyd olunub ki, söhbət üç meteoroloji zonddan gedir və onlara yüklə dolu altı bağlama bərkidilib. İçində siqaretlərin aksiz markası olmayıb. Polis yanğınsöndürənlər və pirotexniklərlə birlikdə obyektləri yoxlayıb və onların təhlükə yaratmadığı qənaətinə gəlib.
QAZİLER.AZ



