Dünyada böyük informasiya müharibəsi aparılır. Axar.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, bu savaş çoxdan başladılıb:
“Bu, böyük oyun deyil, bu, böyük informasiya savaşıdır. Bu müharibədə bəzi KİV-lər öz insani üzlərini və kütləvi informasiya vasitəsi funksiyasını itirirlər. Biz informasiya müharibəsinin bütün iştirakçılarını görürük. Biz həmçinin öz opponentlərimizi yaxşı müşahidə edirik”.