ABŞ hərbçiləri yaxın gələcəkdə İrana zərbə endirə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Demokratlar partiyasından olan amerikalı senator Riçard Blümental CNN-ə müsahibəsində bildirib.
"İştirak etdiyim bəzi brifinqlərdən, eləcə də digər mənbələrdən məndə belə bir təəssürat yaranıb ki, yaxın vaxtlarda hərbi zərbə endirilə bilər", – deyə Blümental bildirib.
O, bunu "çox həyəcanverici" adlandırıb və qeyd edib ki, bu hal Amerika oğul və qızlarının həyatını təhlükəyə ata və xeyli insan itkisinə səbəb ola bilər.
"Daha dəqiq danışa bilmərəm, çünki bu brifinqlərdən bir neçəsi bağlı qapılar arxasında olub. Bunun nə vaxt baş verə biləcəyini dəqiq deyə bilmərəm, amma potensial plan kimi çox ehtimal olunan bir seçimdir", - deyə o bildirib.
QAZİLER.AZ



