Yaponiyada yaşlı qadın küçədə başqasının pul kisəsini tapıb polisə bildirmədiyinə görə həbs edilib.
Qaziler.az bildirir ki, "Japan Today"in məlumatına görə, hadisə Misasa qəsəbəsində baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 26 aprel səhəri 71 yaşlı qadın yolda 60 yaşlı bir kişinin cibindən düşmüş pul kisəsini tapıb. Pul kisəsində təxminən 37.000 yen nağd pul olub.
Polis şübhəlinin şəxsiyyətini kamera görüntülərindən istifadə edərək müəyyən edib və onu saxlayıb.
Hələlik hər hansı potensial cəza müəyyən edilməyib.
QAZİLER.AZ



