Mobil operatorlardan “WhatsApp”a 48 saatlıq qadağa - Braziliyada

Mobil operatorlardan “WhatsApp”a 48 saatlıq qadağa - Braziliyada backend

Braziliyada məhkəmə bütün ölkə üzrə mobil rabitə operatorları tərəfindən 48 saat müddətinə populyar “WhatsApp” messencerinin mobil versiyasına girişə qadağa qoyulması ilə bağlı qərar qəbul edib.

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, qadağa bu səhər yerli vaxtla saat 05:00-dan etibarən qüvvəyə minib. Qərar hansısa cinayət işinin istintaqı çərçivəsində qəbul edilib. Bununla bağlı detallar açıqlanmır.

Qeyd edək ki, Braziliyada mobil operatorlar “WhatsApp”a məhdudiyyət tətbiq olunmasını çoxdan tələb edirdilər. Onlar hesab edirlər ki, bu messencerdən edilən zənglər onların xidmətlərinin inkişafına mane olur. “WhatsApp” mobil operatorların gəlirlərini azaldan faktorlardan biridir.
Diaspora