İspaniya Baş nazirinin həyat yoldaşı jurnalistə hücum etdi - VİDEO

İspaniya Baş nazirinin həyat yoldaşı jurnalistə hücum etdi - VİDEO backend

İspaniya Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqonya Qomez, korrupsiya iddiaları ilə bağlı ona sual verən müxbirə hücum edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, jurnalist hücumu 30 apreldə videoya çəkib.

Görüntülərdə qadının müxbirə arxadan hücum etdiyi, sonra başına vurduğu və telefonunu götürdüyü görünür. Qomezin yoldaşı da ona kömək etmək üçün güc tətbiq edib. Qadın jurnalisti pencəyindən tutub.

El Pais qəzeti əvvəllər prokurorluğun Beqonya Qomez üçün 24 il həbs cəzası tələb etdiyini bildirmişdi. O, biznes korrupsiyasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə, qanunsuz varlanmada və mənimsəmədə ittiham olunur.

QAZİLER.AZ