İran ətrafındakı münaqişə 160 ölkədə 30 milyondan çox insanı yoxsulluğa sürükləmək təhlükəsi yaradır.
Qaziler.az xəbər verir ki, bu barədə AFP agentliyinə BMT-nin İnkişaf Proqramının administratoru Aleksander De Kroo bildirib.
«Biz müharibənin altı həftəsinin yekunları üzrə araşdırma apardıq və qiymətləndirmələrimizə görə, müharibə elə indicə bitsə belə, 160 ölkədə 32 milyon insan yoxsulluq vəziyyətinə düşəcək», - deyə o qeyd edib.
BMT-nin İnkişaf Proqramının məlumatına görə, İran ətrafındakı münaqişə və onun yaratdığı enerji böhranı fonunda yoxsulluq problemi xüsusilə Saharaaltı Afrika ölkələrinə, eləcə də Banqladeş və Kamboca kimi bəzi Asiya ölkələrinə ciddi təsir göstərəcək.
Proqramın hesablamalarına görə, yoxsulluqla bağlı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün enerji daşıyıcıları və qida məhsullarının ödənişi üçün subsidiyalar şəklində ən azı 6 milyard dollar vəsait ayrılmalıdır.
QAZİLER.AZ



