İran nüvə və raket texnologiyalarını öz milli sərvəti hesab edir və bu sahələrə kənardan hər hansı müdaxiləyə icazə verməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Rəhbəri Müctəba Xamenei bəyan edib.
"Həm ölkə daxilində, həm də xaricdə yaşayan doxsan milyon rəşadətli və nəcib iranlı soydaşımız bütün şəxsi, mənəvi, insani, elmi, sənaye resurslarını və baza texnologiyalarından tutmuş nano, biotexnologiya, nüvə və raket kimi qabaqcıl texnologiyalarını öz milli sərvəti hesab edir. Onlar bu sərvətləri dəniz, quru və hava sərhədləri kimi qoruyacaqlar", — deyə o, İslam Respublikasında Fars Körfəzi Günü münasibətilə ünvanladığı yazılı müraciətdə bildirib.
QAZİLER.AZ



