Rusiya Xarici İşlər naziri Sergey Lavrov musiqiçi Aleksandr Marşalın mahnısına şeir yazdığını bildirib.
Qaziler.az xəbər verir ki, Lavrovun bu barədə açıqlamasını TASS agentliyi yayıb.
Söhbət "Bu tarixlər" (Эти даты) kompozisiyasından gedir. Lavrovun qeyd etdiyi kimi, mahnı həyatın vacib anlarına həsr olunub.
"Mənim şeirlərimə gözəl musiqi bəstələdiyi üçün Saşaya təşəkkür etmək istəyirəm", — deyə nazir video müraciətində fikirlərini bölüşüb.
QAZİLER.AZ



