Müctəba Xamenei Hörmüz boğazı ilə bağlı bəyanat yaydı

Müctəba Xamenei Hörmüz boğazı ilə bağlı  bəyanat yaydı backend

İran İslam Respublikasının Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İran Fars körfəzi və Hörmüz boğazını idarə etməyə davam etməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" agentliyi sitat gətirib.

Xameneyinin sözlərinə görə, Tehran təhlükəsizliyi ABŞ-nin iştirakı olmadan təmin etmək niyyətindədir.

"İran Hörmüz boğazını idarə etmək üçün praktik imkanlarından istifadə etməklə Fars körfəzi bölgəsinin təhlükəsizliyini təmin etmək və düşmənin sui-istifadəsinə son qoymaq niyyətindədir", - deyə Ali Rəhbərin mesajında ​​bildirilir.

QAZİLER.AZ