İsrail və Ukrayna münasibətlərində ixtilafa səbəb olan taxıl yüklü gəmi boşaldılmaq üçün limana daxil olmadan Heyfa körfəzini tərk edib.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" "Marine Traffic" məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, gəmi körfəzi tərk edərək cənub-qərb istiqamətində kurs götürüb.
Aprelin 30-da İsrailin 12-ci kanalı məlumat verib ki, İsrailin ən böyük taxıl idxalçılarından biri olan "Tsentper" şirkəti "Panormitis" gəmisindən taxılın boşaldılmasının təxirə salındığını elan edib. Şirkət qeyd edib ki, tədarükçü yükü boşaltma üçün "alternativ yer" tapmalı olacaq. Kanal vurğulayıb ki, bu qərar İsrail idxalçıları arasında Avropa İttifaqı tərəfindən ölkəyə qarşı mümkün sanksiyalarla bağlı narahatlıqlardan irəli gəlir.
QAZİLER.AZ



