Zelenskidən 9 May atəşkəsinə reaksiya: "Ukrayna sülhə can atır"

Zelenskidən 9 May atəşkəsinə reaksiya:  "Ukrayna sülhə can atır" backend

Ukrayna Prezidenti Volodimir Zelenski nümayəndələrinə göstəriş verib ki, Rusiyanın Qələbə Günü münasibətilə irəli sürdüyü atəşkəs təklifinin detallarını öyrənmək üçün ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə saxlasınlar.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında yazıb.

"Nümayəndələrimizə göstəriş verdim ki, Amerika Birləşmiş Ştatları Prezidentinin komandası ilə əlaqə saxlasınlar və Rusiyanın qısamüddətli atəşkəs təklifinin detallarını aydınlaşdırsınlar. Ukrayna sülhə can atır və bu müharibənin real şəkildə başa çatması üçün lazımi diplomatik işləri təmin edir. Söhbətin konkret nədən getdiyini öyrənəcəyik: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlikdən, yoxsa daha böyük bir şeydən...", — deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna atəşkəsin uzunmüddətli olmasını, insanlar üçün etibarlı təhlükəsizliyin və davamlı sülhün təmin edilməsini təklif edir. Həmçinin Zelenski əmin edib ki, Ukrayna bunun üçün istənilən layiqli və effektiv formatda işləməyə hazırdır.

QAZİLER.AZ