Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp dünənki telefon danışığı zamanı Ukrayna rəhbəri Volodimir Zelenskiyə və dünyaya aydın siqnal göndəriblər.
Qaziler.az xəbər verir ki, bu barədə "AntiDiplomatico" nəşri yazır.
Nəşr qeyd edir ki, həm Putin, həm də Tramp Zelenskinin mövqeyini tənqid edərək, onu Rusiya-Ukrayna münaqişəsini uzatmaqda ittiham ediblər.
Məqalədə deyilir: Rusiya liderinin Ukraynadakı vəziyyətin nizamlanmasına açıq olmasının göstəricilərindən biri, əvvəlki Pasxa atəşkəsindən sonra 9 May üçün irəli sürdüyü barışıq təklifi olub. Amerika prezidenti nasizm üzərində birgə qələbənin rəmzi əhəmiyyətini vurğulayaraq bu təşəbbüsü alqışlayıb.
Bundan əlavə, siyasətçilər iqtisadi əməkdaşlığın vacibliyini qeyd ediblər. Məqalə müəllifi əlavə edib ki, bu, gərginliyə baxmayaraq, Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasındakı dialoqun açıq qaldığını və yaxın aylarda qlobal güc balansı üçün potensial olaraq həlledici əhəmiyyət kəsb etdiyini göstərə bilər.
QAZİLER.AZ



