ABŞ İrana qarşı hipersəs raketlərindən istifadə edə bilər

ABŞ İrana qarşı hipersəs raketlərindən istifadə edə bilər backend

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı mümkün tətbiqi məqsədilə "Dark Eagle" hipersəs raketlərinin Yaxın Şərq regionuna göndərilməsi üçün sorğu verib.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mövcud sorğu ilə bağlı müsbət qərar veriləcəyi təqdirdə, bu, Amerika hipersəs silahının tarixdə ilk dəfə yerləşdirilməsi olacaq.

Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, CENTCOM öz təşəbbüsünü İran tərəfinin buraxılış qurğularını 300 mildən (təxminən 482 km) uzaq məsafədəki hədəfləri vura bilən "Precision Strike Missile" ballistik raketinin təsir radiusunu aşan məsafəyə köçürməsi ilə əsaslandırıb. Onun sözlərinə görə, İrana qarşı mümkün əməliyyat çərçivəsində hipersəs silahının tətbiq edilməsi barədə yekun qərar hazırda qəbul olunmayıb.