Putin Trampla telefon danışığı aparıb - VİDEO

Putin Trampla telefon danışığı aparıb - VİDEO backend

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Qaziler.az bildirir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov aprelin 29-da bildirib.

"Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ABŞ Prezidenti Donald Trampla daha bir telefon danışığı aparıb", - deyə o, bildirib.

Uşakov telefon danışığının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu deyib.

Söhbət bir saat yarımdan çox davam edib. Prezidentin köməkçisi danışıqları dostcasına, səmimi və işgüzar keçdiyini qeyd edib.

QAZİLER.AZ