Siyasət kuryer xidməti kimi işləmir - Merts

Siyasət kuryer xidməti kimi işləmir - Merts backend

Almaniya kansleri Fridrix Merts etiraf edib ki, əhali arasındakı "ümumi əsəbilik" və "dərin inamsızlıq" hakim koalisiyaya öz təsirini göstərir.

Qaziler.az xəbər verir ki, "Spiegel" jurnalına verdiyi müsahibədə siyasətçi tərəfdaşları ilə birlikdə vəziyyəti "yəqin ki, lazımi dərəcədə qiymətləndirmədiklərini" və bunda onun da günah payının olduğunu qəbul edib.

Merts baş verənləri onun partiyasının xalqın gözləntilərini idarə etməyi düzgün qura bilməməsi ilə izah edib: “əhali sürətli uğurlar istəyir, lakin onlara bir gecədə nail olmaq mümkün deyil”.

"Biz hər cür ehtiyacın dərhal ödənilməsini vəd edən bir dövrdə yaşayırıq. Lakin demokratiya şəraitində siyasət kuryer xidməti kimi işləmir", — deyə kansler əlavə edib.

QAZİLER.AZ