Zelenski Ukrayna barədə çıxışından sonra III Çarlza təşəkkür etdi III Çarlza təşəkkür etdi

Zelenski Ukrayna barədə çıxışından sonra III Çarlza təşəkkür etdi III Çarlza təşəkkür etdi backend

Prezident Volodimir Zelenski Böyük Britaniya kralı III Çarlza ABŞ Konqresindəki çıxışı zamanı Ukraynanın adını çəkdiyi üçün minnətdarlığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynal lideri "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Avropa da daxil olmaqla, "ləyaqətli və davamlı sülhün" təmin edilməsi üçün Ukraynaya dəstək çağırışı zəruridir.

"Mən Əlahəzrət Kral III Çarlza, Birləşmiş Krallığa və bütün cəsur amerikalılara Atlantikanın o tayından Ukraynanı dəstəkləmək üçün etdikləri bu güclü birlik çağırışına görə təşəkkür edirəm", – deyə Zelenski yazıb.

O vurğulayıb ki, "Ukrayna xalqı Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları tərəfindən göstərilən bütün dəstəyi dərindən qiymətləndirir".

QAZİLER.AZ