Slovakiya Ali Məhkəməsi 2024-cü ildə ölkənin baş naziri Robert Fitsoya atəş açan 73 yaşlı Yuray Tsintulanın apellyasiya şikayətini rədd edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Dennikn" portalı məlumat yayıb.
Qeyd olunub ki, hakim əvvəllər çıxarılmış 21 illik həbs cəzasını qüvvədə saxlayıb.
Məlumatda deyilir ki, atəş açan şəxs işin "terror aktı" maddəsindən "ictimai xadimə hücum" maddəsinə təsnif edilməsinə çalışıb. O, terrorçu olmadığını iddia edərək işə yenidən baxılmasını tələb edib.
Fitsoya sui-qəsd 2024-cü ilin mayında hökumətin səyyar iclasından sonra baş verib. Silahlı hücum zamanı siyasətçi sinə və qarın nahiyəsindən yaralanıb. O, 2024-cü ilin iyulunda yenidən işinə qayıdıb.
QAZİLER.AZ



