“Müəyyən kitab və filmlərə qoyulan məhdudiyyətlər mövcud qanunvericiliyə riayət etmək zərurəti ilə bağlıdır”.
Qaziler.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin nümayəndəsi Dmitriy Peskov deyib. O qeyd edib ki, hər kəs "qanunun ruhuna və hərfinə" tabe olmalıdır.
"Biz mövcud qanunlara riayət etməkdən danışırıq. Hamımız qanunun ruhuna və hərfinə riayət etməliyik. Lakin müəyyən qərarlardan təsirlənənlərin qəbul etdiyi kimi hər hansı bir məsələ varsa, əlbəttə ki, onlar işlək şəkildə müzakirə olunmalıdır. Və bu, hər bir konkret halda Mədəniyyət Nazirliyinin və ya digər qurumların səlahiyyətidir", — Kremlin sözçüsü izah edib.
QAZİLER.AZ



