Tramp Kral III Çarlzla görüşən kimi Putindən danışıb?

Tramp Kral III Çarlzla görüşən kimi Putindən danışıb? backend

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Karl ilə görüşü zamanı Rusiya lideri Vladimir Putinlə apardığı danışıqlardan bəhs edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri dodaqoxuma mütəxəssisi Nikola Hiklinqə istinadən yazır.

Tramp və III Karl ABŞ liderinin iqamətgahının Cənub qazonunda salamlaşdıqdan sonra Ağ Ev sahibi aprelin 25-də iştirak etdiyi tədbirdə baş vermiş atışma barədə danışmağa başlayıb. Britaniya kralı, ehtimal ki, prezidentə cavab olaraq qazonda çox qalmamağı tövsiyə edib.

Hiklinqin bildirdiyinə görə, daha sonra Tramp və III Karl Ukraynadakı münaqişənin həllini müzakirə etməyə başlayıblar.

"Beləliklə, mən indi Putinlə danışıq aparıram", — deyə ABŞ lideri qeyd edib.

Lakin Britaniya kralı söhbəti başqa məcraya yönəltməyə çalışaraq, Ukrayna barədə bir qədər sonra danışmağı təklif edib. Bu, Trampı dayandırmayıb və III Çarlz bir daha Ukrayna böhranının "başqa vaxt" müzakirə edilməli olduğunu demək məcburiyyətində olub.

QAZİLER.AZ