İranın “F-5” qırıcı təyyarələri münaqişənin ilk günlərində Küveytdəki ABŞ hərbi bazasına qəfil hücum edə bilib.
Qaziler.az xəbər verir ki, bunu Rusiyada əməkdar hərbi təyyarəçi, general-mayor Vladimir Popov "aif.ru" saytına verdiyi müsahibədə bildirib.
Popov qeyd edib ki, iranlı pilotlar hətta köhnə texnika ilə mütəmadi olaraq məşq edir və onu işlək vəziyyətdə saxlayırlar ki, bu da döyüş tapşırıqlarını effektiv şəkildə yerinə yetirməyə imkan verir.
General həmçinin diqqəti ona çəkib ki, İran "Su-24" qırıcıları kimi ən müasir silah nümunələrini şüurlu şəkildə qoruyur və onları gələcəkdə potensial olaraq daha genişmiqyaslı əməliyyatlar üçün saxlamağa üstünlük verir.
Qeyd edilib ki, bir neçə gün əvvəl "NBC News" xəbər vermişdi ki, ABŞ bazasına edilən hücumların biri zamanı İslami İnqilab Keşikçiləri Korpusu (SEPAH) hələ 1950-ci illərdə hazırlanmış “F-5” qırıcısından istifadə edib. Təyyarənin köhnə olmasına baxmayaraq, o, hava hücumundan müdafiə (HHM) sistemini keçməyi bacarıb və "nadir sızma" adlandırılan uğura imza atıb.
QAZİLER.AZ



