İspaniya Senatının sədri Rusiyanı qaçırılan ukraynalı uşaqları geri qaytarmağa çağırıb

İspaniya Senatının sədri Rusiyanı qaçırılan ukraynalı uşaqları geri qaytarmağa çağırıb backend

İspaniya Senatının sədri Pedro Rollan Oxeda Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların geri qaytarılması ilə bağlı konfrans keçirərək məcburi deportasiyaları Rusiya Federasiyasının "ən iyrənc hərəkəti" adlandırıb.

Qaziler.az bildirir ki, "eurointegration.com.ua"nın xəbərinə görə, bu barədə İspaniya Senatı məlumat yayıb.

Rusiyadan uğurla geri qaytarılan iki ukraynalı - İvan Matkovski və İvan Sarança Senat tədbirində çıxış etməyə dəvət edildi. Onlar rusiyalılar tərəfindən məcburi deportasiya "təcrübə"lərini konfrans iştirakçıları ilə bölüşüblər.

Bu çıxışlardan sonra Senat sədri "azadlıq, demokratiya və beynəlxalq hüququ müdafiə edən bütün ölkələri bir olmağa və Ukraynanı dəstəkləməyə davam etməyə" çağırdı.

QAZİLER.AZ