Tramp Mertsi sərt tənqid etdi

Tramp Mertsi sərt tənqid etdi backend

Tramp Almaniya kansleri Mertsin İranla bağlı mövqeyini kəskin şəkildə tənqid edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp sosial media platforması TruthSocial-da Almaniya kansleri Fridrix Mertsin İranın nüvə proqramına yanaşmasını kəskin şəkildə tənqid edib.

"Almaniya kansleri Fridrix Merts İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünür. O, nədən danışdığını bilmir! Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov olardı", - deyə Amerika lideri bildirib.

Tramp həmçinin vurğulayıb ki, onun administrasiyası İranla bağlı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduqlarını edir.

O, əlavə etdi: "Almaniyanın iqtisadi və digər sahələrdə bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!"

QAZİLER.AZ