Afrikalı qadınla evli, maraqlı həyat hekayəsi olan məşhur rusiyalı bloger 46 yaşında vəfat etdi

Afrikalı qadınla evli, maraqlı həyat hekayəsi olan məşhur rusiyalı bloger 46 yaşında vəfat etdi backend

Məşhur rusiyalı bloger Andrey Baqno 46 yaşında vəfat edib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, onun ölüm xəbəri ilk dəfə şəxsi hesabında yayılıb və orada ağır vəziyyətdə olan şəkli və həyat yoldaşının vida mesajı yer alıb.

Bir çox izləyici əvvəlcə paylaşımın həqiqiliyinə şübhə ilə yanaşıb, səhifənin haker hücumuna məruz qaldığından şübhələnib. Blogerin qardaşı daha sonra məlumatı təsdiqləyib.

"Qardaşım Andrey tanrının hüzuruna getdi", - Vladimir Baqno bildirib.

Məşhur tiktokerin həyatı maraqlıdır.

TikToker 2020-ci ildə ucqar Afrika ölkəsi Kot-d'İvuardan olan 22 yaşlı Sofiya ilə tanış olub. Cütlük təxminən bir il sosial mediada ünsiyyət qurublab. Andrey Sofiya ilə uzaqdan görüşməyə çalışdığını, ona hədiyyələr verdiyini və maddi cəhətdən kömək etdiyini etiraf edib.

Baqno tez bir zamanda Sofiya ilə münasibətlərini rəsmiləşdirməyə qərar verib. Hər şey ənənəyə uyğun olub. Gözəl gəlinlik, kostyum, andiçmə və s. Lakin afrikalı gəlin qəfildən Andreyi heyrətləndirib: başqasından hamilə olan gələcək həyat yoldaşı bunu toydan 10 saat əvvəl TikToker-ə bildirib...

"Sən məni Linda ilə tək qoyub getdin. Lindanı ovutmaq olmur, səhərdən ağlayır. Andre, səni sevirəm. Ruhun şad olsun", - Baqnonun həyat yoldaşı onun akkaunt hesabında yazıb. Bəzi fanatlar onun əvvəllər müalicə aldığı malyariyadan öldüyünü ehtimal edirlər.

QAZİLER.AZ