İsveçrədə Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Kərimovaya qarşı cinayət işi prosedur maneələri səbəbindən ləğv edilib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 28 apreldə İsveçrə radio və televiziyasının saytında məlumat verilib.
"Sədrlik edən hakimin izah etdiyi kimi, qərar uzun müddətli prosedur maneəsi ilə əlaqədardır: təqsirləndirilən şəxs həbs cəzası çəkdiyi üçün 2028-ci ilin dekabr ayına qədər ölkəsini tərk edə bilməz", - məlumatda deyilir.
Qeyd olunur ki, buna görə də məhkəmə iddia müddəti bitməmişdən əvvəl hökm çıxara bilməz. Lakin çirkli pulların yuyulmasında ittiham olunan Lombard Odier-in keçmiş aktiv meneceri və bankın özünə qarşı məhkəmə prosesi davam edir.
QAZİLER.AZ



