Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiya neftindən imtina etməyə çağırdı

Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiya neftindən imtina etməyə çağırdı backend

Avropa İttifaqı (Aİ) Cənub-Şərqi Asiya ölkələrinin Rusiya neftini almağı dayandırmasının tərəfdarıdır.

Qaziler.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər naziri Kaja Kallas aprelin 28-də Bruneydə ASEAN xarici işlər nazirləri ilə görüşdən sonra bildirib.

"Biz, şübhəsiz ki, resursların şaxələndirilməsini (risklərin azaldılması strategiyası - red.) və onları Rusiyadan deyil, başqa yerdə axtarmağı dəstəkləyirik", - "Reuters" onun sözlərini sitat gətirir.

Kallas bu məsələnin ASEAN xarici işlər nazirlərinin görüşündə qaldırılıb-qadırılmadığını cavablandırmayıb. O, yalnız əlavə edib ki, Aİ Ukraynadakı münaqişənin sona çatdırılmasını dəstəkləyir.

QAZİLER.AZ