Livanın cənubundakı Nabatiya əyalətində yerləşən 16 yaşayış məntəqəsinin sakini, gözlənilən hava zərbələri ilə əlaqədar təcili təxliyə olunmaları barədə İsrail hərbçilərindən göstəriş alıb.
Qaziler.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində ərəb dilində məlumat yayıb. Bildirib ki, şiə təşkilatı olan "Hizbullah"ın döyüşçüləri sözügedən kəndlərdən silahlı basqınlar təşkil etmək üçün istifadə edirlər.
"Terrorçu “Hizbullah'” atəşkəs razılaşmasını pozur və biz ona qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Buna görə də, təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və Sayda şəhəri istiqamətinə yola düşməlisiniz", — deyə ordu rəsmisi bəyanatında qeyd edib.
Edri vurğulayıb ki, "'Hizbullah' yaraqlılarının, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs öz həyatını təhlükəyə atır".
QAZİLER.AZ



