Zelenski İsraili sanksiyalarla hədələyib

Zelenski İsraili sanksiyalarla hədələyib backend

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin "oğurlanmış" hesab etdiyi taxılı idxal etdiyi üçün İsraili kəskin tənqid edib və yəhudi dövlətindəki fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar elan edib.

Qaziler.az xəbər verir ki, bu barədə paylaşım onun Telegram kanalında yer alıb.

"Bütün normal ölkələrdə oğurlanmış malı əldə etmək hüquqi məsuliyyət yaradan bir əməldir. Bu, xüsusilə Rusiyanın oğurladığı taxıla da aiddir. Belə taxıl daşıyan daha bir gəmi İsrail limanına çatıb və boşaldılmağa hazırlaşır. Bu, təmiz biznes deyil və ola da bilməz. İsrail hakimiyyəti ölkənin limanlarına hansı gəmilərin və hansı yüklə gəldiyi barədə xəbərsiz ola bilməz”, — deyə Zelenski yazıb.

O bildirib ki, Ukrayna bu cür halların qarşısını almaq üçün diplomatik kanallar vasitəsilə bütün zəruri addımları atıb: “Lakin İsrail taxıl daşıyan növbəti gəmini dayandırmayıb”, - deyə siyasətçi qeyd edib.

Bununla əlaqədar olaraq Zelenski, həm bu taxılı birbaşa daşıyanları, həm də bu cinayət sxemi üzərindən qazanc əldə etməyə çalışan fiziki və hüquqi şəxsləri əhatə edəcək sanksiyalar paketini anons edib. Ukrayna lideri dəqiqləşdirib ki, Kiyev bu məhdudiyyətləri Avropa ilə koordinasiya etmək niyyətindədir.

Zelenski İsrail hakimiyyətinin Ukraynaya hörmətlə yanaşacağına və ikitərəfli münasibətləri zəiflədən addımlar atmayacağına ümidvar olduğunu bildirib.

QAZİLER.AZ