İranın istiliklə idarə olunan zenit raketləri ABŞ-ni narahat edib.
Qaziler.az xəbər verir ki, bu barədə “The National Interest” (TNI) nəşri məlumat yayıb.
Nəşr izah edib ki, bu silahların istehsalı ucuz başa gəlir, lakin ABŞ-nin hərbi təyyarələri üçün ölümcül təhlükəlidir.
Qeyd olunur ki, sözügedən raketlər hava gəmilərini mühərrikin istilik izi vasitəsilə aşkar edir. Onlar şüalanma yaymadıqları üçün rəqib tərəfindən hiss edilmir və görünməz qalırlar.
Nəşr vurğulayıb ki, İranın minlərlə istiliklə idarə olunan raketi var və onların kütləvi istehsalını asanlıqla təşkil etmək mümkündür.
QAZİLER.AZ



