Cessika Timberleyk haqda: "Artıq dözməkdən yorulmuşam"

Cessika Timberleyk haqda: "Artıq dözməkdən yorulmuşam" backend

“Hollivud aktrisası Cessika Bil müğənni Castin Timberleykdən boşanmaq niyyətindədir, çünki uşaqlarla bağlı ona köməklik göstərmir”.

Qaziler.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri insayderə istinadən məlumat yayıb.

"O, artıq buna dözməkdən yorulub. Castin heç vaxt evdə olmur, Cessika isə bütün vaxtını uşaqlarla keçirir. Üstəlik, o, daha insanlar qarşısında rüsvay olmaq istəmir", — deyə mənbə bildirib.

Tabloidin digər həmsöhbəti isə iddia edir ki, Cessika Bil artıq Castin Timberleykə ultimatum qoyub. İnsayderin sözlərinə görə, aktrisa sevgilisinə deyib ki, əgər o, evlilik təklifi etməsə, ayrılacaqlar. Bununla belə, mənbə hesab edir ki, aktrisa hazırda müğənnidən boşanmayacaq.

2023-cü ilin payızında artıq Timberleyk və Bilin ayrılmaq ərəfəsində olduqları barədə şayiələr yayılmışdı. Aktrisa müğənninin keçmiş sevgilisi Britni Spirsin memuarlarında yazdıqlarından şoka düşmüşdü. Kitabda ifaçı musiqiçinin ona başqa bir ulduzla necə xəyanət etdiyini, həmçinin 19 yaşında onu abort etməyə məcbur etdiyini danışmışdı. Lakin bu fərziyyələr təsdiqini tapmadığı üçün cütlük hələ də birlikdədir.

QAZİLER.AZ