Rusiyanın Uzaq Şərqində yerləşən Buryatiyada telefonu şarj etmək istəyi yerli sakinlərin evində yanğınla nəticələnib.
Qaziler.az xəbər verir ki, bu barədə regionun yanğından mühafizə xidmətinin idarəsi məlumat yayıb.
Hadisə Nijnyaya İvolqa kəndində baş verib. Hadisə yerindən çəkilən kadrda tikilinin ikinci mərtəbəsinin ciddi zərər gördüyü nəzərə çarpır.
"Yanğının ilkin səbəbi elektrik şəbəkəsinin qəza rejimində işləməsi (qısaqapanma) olub", – deyə məlumatda bildirilib.
Ev sakinləri yanğını vaxtında görüblər və yanğınsöndürənlərin köməyi olmadan təxliyə oluna biliblər.
Yanğın zamanı ikinci mərtəbə, dam örtüyünün bir hissəsi və tavan konstruksiyaları tamamilə yanıb.
Qeyd edilib ki, telefonları və digər cihazları gecə vaxtı və ya ətrafda heç kim olmayanda cərəyanda taxılı vəziyyətdə qoymaq olmaz.
QAZİLER.AZ



