Rusiyada gənə dişləmələrinin sayında kəskin artım qeydə alınıb. Bu göstərici son iki həftədə 200% yüksəlib.
Qaziler.az xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Kanalın paylaşımında qeyd olunub ki, hava şəraitinin soyuq keçməsinə baxmayaraq, gənələrin aktivliyi yüksək olaraq qalır.
Son iki həftə ərzində qeydə alınan dişləmə hallarının sayı 12 min nəfər artıb. Beləliklə, zərərçəkənlərin sayı 6 mindən 18 minə yüksəlib. Gənə infeksiyalarına qarşı peyvəndlənmə templəri isə xeyli aşağıdır. Eyni dövr ərzində peyvənd olunanların sayı cəmi 33% artaraq 1,2 milyondan 1,6 milyon nəfərə çatıb.
Məlumatda qeyd olunur ki, ən çox müraciət İrkutsk, Omsk, Belqorod, Voloqda, Arxangelsk və Kostroma vilayətlərində qeydə alınıb. Həmçinin Altay və Zabaykal diyarlarında, eləcə də Altay Respublikasında şikayətlərin sayı kifayət qədər yüksəkdir.
QAZİLER.AZ



