Fitsonun Qələbə günü üçün Moskvaya getməsinin "yolu tapıldı"

Fitsonun Qələbə günü üçün Moskvaya getməsinin "yolu tapıldı" backend

Slovakiyanın Baş naziri Robert Fitsonun Qələbə Günü tədbiri üçün Moskvaya səfəri zamanı Polşa ərazisinin üzərindən uçuş etməsi məsələsi artıq problem deyil.

Qaziler.az "RİA-Novosti"yə istinadən bildirir ki, bu barədə  Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib

Qeyd olunur ki, o, tədbirə hansı marşrutla getməyi planlaşdırdığını dəqiq açıqlamayıb.

"Məndə olan məlumata görə, bu problem artıq mövcud deyil", - Sikorski bildirib.

Avropa Parlamentinin üzvü Luboş Blaqa daha əvvəl Baltikyanı ölkələrin Slovakiya Baş nazirinin təyyarəsinin onların hava məkanından Moskvaya uçmasına qoyulan qadağasının "düşmənçilik aktı" olduğunu bildirmişdi.

QAZİLER.AZ