Hindistanda ad günü məclisində atışma olub, 3 nəfər öldürülüb.
Hindistanda Jitu Saini adlı kişinin ad günü məclisində üç nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə "The Times of India" xəbər verir.
Şənlikdə üç dost ad günü olan şəxsi tutaraq tortu onun üzünə sürtüblər. Bu, Jitunu o qədər qəzəbləndirdi ki, aralarında mübahisə yaranıb. Tezliklə kişilər şənlikdən gedib və silahlarla geri qayıtdılar. Onlardan birinin qardaşı münaqişəni həll etməyə çalışsa da nəticə verməyib. Sonra atışma başlayıb.
Atışma nəticəsində 3 nəfər ölümcül yaralanıb. Kişilər təcili xəstəxanaya aparılsalar da, həkimlər onları xilas edə bilməyiblər.
Polis təqsirləndirilən şəxsləri həbs etmək üçün altı qrup yaradıldığını və bir neçə şübhəlinin artıq həbs olunduğunu bildirib. Bu cinayətdə iştirak edən bütün şəxslər axtarılır.
QAZİLER.AZ



