Paraqvayın paytaxtı Asunson şəhərində daşqınlar nəticəsində 50 min nəfər evakuasiya olunub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin bir sıra ərazilərində fövqəladə vəziyyət tətbiq edilib.
Daşqınlara səbəb Paraqvay çayında suyun səviyyəsinin 7 metrədək artması olub. Xilasedici xidmətlər yaxın günlərdə suyun səviyyəsinin daha 50 santimetr artmasını istisna etmirlər.
Qeyd olunur ki, təbii fəlakət “El-Ninyo” iqlıim fenomeni ilə bağlıdır. El-Ninyo okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.