Çətinliklər müvəqqətidir, Rusiya isə əbədidir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qanunvericilər Şurasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün Rusiya Federasiyası görünməmiş çağırış və risklərlə üzləşib, onları ləyaqətlə dəf etməlidir, lakin diqqəti yalnız qadağalara yönəltmək olmaz.
Prezidentin sözlərinə görə, həddindən artıq maneələr ölkənin inkişafını ləngidir.
“Bunların hamısı müvəqqəti, keçici hadisələrdir. Rusiya isə əbədidir. Bizim qanunvericiliyimiz də çevik, dinamik, mütərəqqi və gələcəyə yönəlmiş olmalıdır”, — deyə Putin bildirib.
Siyasətçi əlavə edib ki, Rusiya vətəndaşları üçün Vətən sevgisi və onu qorumaq istəyi hər şeydən üstündür. Onun sözlərinə görə, Rusiya xalqının gücü suveren dünyagörüşündədir və ölkə onsuz var ola bilməz.
QAZİLER.AZ



