ABŞ və İsrail silahlı qüvvələrinin zərbələri nəticəsində İranın qorunan təbiət zonalarında təxminən 8,5 min hektar torpaq sahəsinə bərpaolunmaz ziyan dəyib.
Qaziler.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi İslam Respublikasının Ətraf Mühitin Mühafizəsi Təşkilatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, təşkilat daxilində hücumların vurduğu ekoloji ziyanın təhlili ilə məşğul olan xüsusi işçi qrupu yaradılıb. İlkin məlumatlara görə, dəymiş ziyanın məbləği ən azı 130 milyon dollar dəyərində qiymətləndirilə bilər.
QAZİLER.AZ



