Fon der Lyayen İrana qarşı sanksiyaların ləğvini istəmir

Fon der Lyayen İrana qarşı sanksiyaların ləğvini istəmir backend

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İrana qarşı tətbiq olunan Avropa sanksiyalarının ləğvini vaxtından əvvəl atılmış addım adlandırıb və qeyd edib ki, Avropa İttifaqı (Aİ) öncə Tehranın "davranışında köklü dəyişiklik" görmək istəyir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu barədə Berlində keçirilən mətbuat konfransında bildirib.

"Biz ilk növbədə İranın davranışında fundamental dəyişikliklər görməliyik, ona görə də sanksiyaların ləğvi hələlik tezdir", — deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.

İrana qarşı sanksiyalar çərçivəsində Aİ ölkənin bir neçə yüz fiziki və hüquqi şəxsini "qara siyahı"ya salıb ki, bu da onların Avropadakı aktivlərinin dondurulmasını və Aİ ərazisinə girişinə qadağa qoyulmasını nəzərdə tutur.

QAZİLER.AZ