Polşa müasir pilotsuz uçuş aparatları (PUA) armadasının yaradılması prosesində Ukrayna ilə əməkdaşlıq edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bəyan edib. Onun sözlərini "Interia Wydarzenia" nəşri sitat gətirib.
O, Varşavanın tərəfdaşının bu gün havada taleyi həll edən məsələlərdə ən böyük təcrübəyə malik ölkə olacağından qürur duyduğunu bildirib.
“Böyük məmnuniyyətlə bu gün elan edə bilərəm ki, Polşanın dron armadası yaratmaq planı ukraynalı dostlarımızın dron sahəsindəki texniki ideyaları və səriştələri tərəfindən də dəstəklənən bir plan olacaq”, — deyə Tusk qeyd edib.
Polşa Baş nazirinin sözlərinə görə, Avropa ilə Ukrayna arasındakı münasibətlər birtərəfli yardım deyil. Söhbət “Ukraynanın nəsə verə biləcəyi” tərəfdaşlıq modelindən gedir.
QAZİLER.AZ



