“Hizbullah” hərəkatı Livan hakimiyyətindən öz dəstələrinin tərksilah edilməsi ilə bağlı qərarı ləğv etməsini tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə hərəkatın baş katibi Şeyx Naim Qasım “Telegram” kanalında bəyan edib.
O, həmçinin hökuməti milli maraqları hər şeydən üstün tutmağa çağırıb.
“Hakimiyyət milli maraqları hər şeydən üstün tutmalı və “Hizbullah” döyüşçülərini qanundankənar elan edən 2 mart tarixli rüsvayçı qərarı ləğv etməlidir”, — deyə Qasım bildirib.
QAZİLER.AZ



