Dünyanın ən bahalı evi satıldı - FOTO

Dünyanın ən bahalı evi satıldı - FOTO backend

Dünyanın ən bahalı malikanəsi 275 milyon avroya satılıb.

Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, dünya bazarında yeni rekorda imza atılıb. Belə ki, çox da tanınmayan, Yaxın Şərqdən olan alıcı malikanəyə şok məbləğ ödəyərək alıb.

XIV əsrdən qalma dəbdəbəli Chateaus Louis malikanəsi parkın ortasında 23 hektar sahəni əhatə edərək Parisin mərkəzindən 4 saatlıq məsafədə yerləşir.

Chateau Louis paytaxtla kiçik şəhərcik Marli-le-Rua arasında yerləşən bu malikanə bir vaxtlar XIV Lüdovikin iqamətgahı olub.

Yaşayış sahəsi bir neçə min kvadratmetr olan iqamətgahın interyeri hər kəsi valeh edir. Burada ipək qobelenlər və freskalarla əl işləri, zərlə və mərmərlə bəzədilən heykəllər mövcuddur. Zirzəmisində şərab anbarı olan malikanədə kinoteatr, hovuz, at sürmək üçün xüsusi cığırlar var.

2015-ci ilin yay aylarında Londonda Hayd Park yaxınlığında yerləşən malikanəyə adının açıqlanmasını istəməyən şəxs 280 milyon avro təklif edib. Əgər bu satış baş turtarsa, Fransadakı rekord təzələnəcək.

Ginnesin rekordalar kitabına düşən sonuncu bahalı malikanə Uilyam Xersta hərracda 165 milyon avroya satılıb.
Diaspora